Bakıda dənizin içində gənclər mərkəzi tikilir - Fotolar

18:11 | 08.04.2015
Bakıda dənizin içində gənclər mərkəzi tikilir - Fotolar

Bakıda dənizin içində gənclər mərkəzi tikilir - Fotolar

Layihə köhnə "Sadko" restoranının yerində icra olunur

Bakı bulvarının ərazisində, köhnə "Sadko" kafesinin yerində inşa olunan tikilinin gənclər mərkəzi olduğu məlum olub. Lent.az-ın məlumatına görə, ilkin olaraq "Caspian Sea Water Pavilion" adlı layihə gənclər mərkəzi kimi nəzərdə tutulub və Nazirlər Kabineti Yanında Dənizkənarı Bulvar İdarəsinin sifarişi ilə inşa olunur. Artıq tikinti işinin xeyli hissəsi geridə qalıb.

Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov Lent.az-a bildirib ki, məlumatsız olduğundan layihə ilə bağlı suallara ətraflı cavab verə bilmir.

Qeyd edək ki, burada köhnə "Sadko" kafesinin bərpa ediləcəyi və yeni layihə əsasında tikiləcəyi bildirilirdi. Lakin sonradan ərazidə quraşdırılmış və səkkiz guşəli ulduza bənzəyən estakadalar sökülərək yeni layihəyə uyğunlaşdırıldı.

Tikilməkdə olan mərkəzdə istirahət və əyləncə, eləcə də mədəni-kütləvi tədbirlərin keçirilməsi üçün istifadə etmək mümkün olacaq.

Onu da qeyd edək ki, həmin ərazidə şahmat mərkəzinin tikiləcəyi ilə bağlı xəbərlər də yayılmışdı.
 






www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM