Bakıda əcaib oğurluq

10:08 | 26.12.2013
Bakıda əcaib oğurluq

Bakıda əcaib oğurluq

Vətəndaş Həmrəyliyi Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli dələduzluğa məruz qalıb. Lent.az-ın məlumatına görə, bu barədə S.Əsədli öz Facebook səhifəsində bildirib. Əsədli qeyd edib ki, uzun müddətdir ki, maaşını plastik bank kartıyla alır: “Bankomatda kartı yoxlayan zaman məlum oldu ki, kartım bank tərəfindən təsdiqlənmir. Bankda dedilər ki, kartında problem var, 1 həftədən sonra gəlib yenisini apararsan. Deyilən vaxt getdim. Dedilər ki, bir həftədən sonraya qalıb. Bu gün bankdan zəng etdilər ki, gəl kartını apar. Bankomatda kartı yoxladıqda hesabımda 90 qəpik qalıq olduğu aydınlaşıb. Məlum oldu ki, pul İndoneziyadan, konkret Cakarta şəhərində hesabdan çıxarılıb. Səbəbini soruşdum. Bildirdilər ki, Nizami küçəsindəki ("Tarqovı") bankomatın yanındakı ağaca indoneziyalılar kamera quraşdırıblar, həmin vaxt bankomata kim yaxınlaşıbsa, o adamların bütün kart kodlarını çəkib, əl hərəkətlərinə də diqqətlə baxıb, sonra kartların dublikatını çıxarıb, hesablardan oğurluq ediblər. Mənim hesabımdan 3 dəfəyə pulu çıxarıblar. Bu yaxınlarda isə həmin dəstənin 3 üzvünü Bakıda həbs ediliblər. Ərizə yazıb, xarici pasportumu da əlavə edib banka təqdim etməliyəm. Çakartada olmadığım aydınlaşandan sonra, hesaba gələn il pul əlavə ediləcək”. S.Əsədli Lent.az-a bildirib ki, plastik kart Beynəlxalq Bank tərəfindən verilib və məlum bankomat da bu banka məxsus olub.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti