Bakıda elmi-texnoloji nailiyyətlər nümayiş etdiriləcək

22:00 | 15.04.2015
Bakıda elmi-texnoloji nailiyyətlər nümayiş etdiriləcək

Bakıda elmi-texnoloji nailiyyətlər nümayiş etdiriləcək

Aprelin 16-17-də Bakıda "CİSOLAR-2015” – "Cənubi Qafqaz regionunda, Şərqi Avropa və Mərkəzi Asiyada Günəş Enerjisi Sənayesinin İnkişafı” 4-cü beynəlxalq konfransı və ixtisaslaşmış sərgisi keçiriləcək.
 
Azərbaycan Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyindən (ABOEMDA) verilən məlumata görə, sərgi-konfrans ABOEMDA-nın rəsmi dəstəyi və "IBCentre” şirkətinin təşkilatçılığı ilə baş tutacaq.
 
Region üçün əlamətdar olan tədbirdə Şərqi Avropanın, Cənubi Qafqazın və Mərkəzi Asiyanın ABOEM, xüsusilə günəş energetikası sahəsi üzrə aparıcı mütəxəssislərin, şirkət və təşkilat rəhbərlərinin çıxışları nəzərdə tutulur.
 
Tədbirdə, o cümlədən Alternativ və Bərpa Olunan Enerji üzrə Dövlət Agentliyinin sədri Akim Bədəlov və digər vəzifəli şəxslərin iştirakı da gözlənilir.
 
Sərgidə iştirak edən ölkələrin müvafiq sahə üzrə fəaliyyət göstərən təşkilatlarının, şirkətlərinin günəş enerjisi texnologiyaları üzrə elmi və texnoloji nailiyyətləri nümayiş olunacaq. Həmçinin, tədbir müddətində respublikamızda fəaliyyət göstərən Günəş Elektrik Stansiyalarına tədbir iştirakçıları üçün ekskursiyalar təşkil olunacaq.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM