Bakıda ən bahalı otellər hansılardır? - SİYAHI

19:12 | 06.05.2014
Bakıda ən bahalı otellər hansılardır? - SİYAHI

Bakıda ən bahalı otellər hansılardır? - SİYAHI

Oteldə toy edənlər “Lüks Prezident” otağında iki gecə pulsuz qala bilərlər.Son illər Azərbaycanda sürətlə artan lüks otellər buradakı yüksək keyfiyyətli xidmət və yaradılmış komfortla yanaşı, bahalı qiymətləri ilə də fərqlənir. Bakının ən bahalı otellərinin ən bahalı otaqlarında bir gecəlik qiymətlər bir neçə min manat arasında dəyişir.Şəhərin ən bahalı otel nömrələri məşhur markalar sayılan “Four seasons” və “Jumeyrah” otellərindədir.1. “Four seasons” – “Prezident suiti” - 11 825 manat/günBakıda ən bahalı otel nömrəsi şəhərin ən dəbdəbəli otellərindən biri sayılan “Four seasons”dakı “Prezident suiti”dir - 10 020 manat. Səhər yeməyini və 18% Əlavə Dəyər vergisini də nəzərə alanda qiymət 11 825 manata çatır.Qeyd edək ki, “Four Seasons”da “Prezident” kateqoriyalı iki nömrə var – “Liman Prezident” və “Xəzər Prezident”. Otelin 8-ci mərtəbəsində yerləşən bu otaqlar dənizə açılan möhtəşəm mənzərəyə malikdir. Ölçülərinə görə, “Prezident” otaqları ən geniş mənzilləri də geridə qoyur - sahəsi 285 kvadratmetrdir, burada çoxsaylı yataq, yemək və qonaq otaqları, bir neçə vanna otağı və digər yüksək səviyyəli rahatlıqlar nəzərdə tutulub. “Prezident suiti”nin öz trenajor zalı, türk hamamı və caqquzi otağı var. Amma “Four Seasons”da “Prezident” otaqlarında pulsuz da qalmaq olar. “Four Seasons Hotel Baku”nun bir qədər əvvəl elan etdiyi aksiyaya əsasən aprel və may aylarında oteldə toy edənlər “Lüks Prezident” otağında iki gecə qala bilərlər.2. “Jumeirah Bilgah Hotel” – “Prezident suiti” - 10 000 manat/günBakının ən bahalı otel nömrəsi adı uğrunda “Four Seasons”un əsas rəqibi dəbdəbəsinə görə, ondan qətiyyən geri qalmayan “Jumeirah Bilgah Hotel”dir. Sahəsi 156 m2 olan nömrə otelin 16-cı mərtəbəsində yerləşir. Demək artıqdır ki, nömrənin pəncərəsindən təmizlikdə tayı-bərabəri olmayan Bilgəh havası və dənizə əla mənzərə açılır. Nömrədə 3 otaq var. Maraqlıdır ki, “Jumeirah Bilgah Hotel”in “Prezident suiti” digər otellərin eyni otaqlarına nisbətən ən kiçikdir. Amma buradakı dəbdəbə nömrənin kiçikliyini artıqlamasıyla kompensasiya edir. Nömrədə qızıldan işlənmiş əşyalar, əl işləri və məşhur musiqiçi Elton Conun sevimli piano markası olan piano var. Başqa sözlə, otel qonaqlarının özünü əsl ərəb şeyxi sayması üçün bütün şərait yaradılıb.Bu nömrədə qonaq 10 gündən artıq müddətdə qaldıqda qiymətlərdə 5-10% endirim ola bilər. Yayda isə qiymətlər daha da artaraq 11-12 min manata çata bilər.3. “Fairmont Baku” – “Royal suit” - 8500 manat/günBakıdakı ən yeni və ən məşhur “Fairmont Baku” oteli lüks nömrələrin qiymətinə görə, 3-cü olsa da, dənizə başgicəlləndirici mənzərəsinə görə, müqayisəyə gəlmir. Oteldəki ən bahalı nömrə “Royal suit”dir - 7200 manat, vergiləri də nəzərə alanda 8500 manat. “Fairmont”un 27-ci mərtəbəsində yerləşən sahəsi 350 m2 sahəli dəbdəbəli nömrədə bütün rahatlıqlar yaradılıb. Burada iki yataq otağı, qonaq və görüş otaqları, kabinet, ayrıca mətbəx var. Yataq otaqlarının biri iki nəfərlik, digəri birnəfərlik çarpayı ilə təmin olunub. Nömrənin ən qeyri-adi xüsusiyyətlərindən biri vanna otağındakı vannanın da dənizə baxmasıdır.4. “Kempinski Hotel Badamdar” – “Royal suit” - 3210 manat/gün“Kempinski”nin “Royal suit”i Bakı otellərindəki bahalı nömrələr sırasında qiymətinə görə 4-cü olsa da, sahəsinə görə, hamıdan irəlidədir. Oteldə bütöv bir mərtəbə - 14-cü mərtəbə - xüsusi olaraq bu nömrə üçün ayrılıb - sahəsi 374 m2-dir. Şəhərə mənzərəsi olan nömrədə bir günlük gecələmə qiyməti 3210 manatdır.Nömrədə 2 əsas yataq otağı, bir neçə adi yataq otağı var. Hər yataq otağının öz hamamı mövcuddur. Ümumilikdə, bu nömrə 7 nəfərlikdir, amma lazım olarsa, daha çox sayda adam gecələyə bilər. Elə buna görə də, qiymətinin bahalığına baxmayaraq bu nömrədə adi adamlar da qala bilərlər. 7-8 dost üçün pul toplayıb - oteldə bu nömrəni bir günlük kirayələmək çətin deyil - sadəcə xatirə üçün. Yeri gəlmişkən, otağın sakinləri caqquzi və bilyard stolundan istifadə edə bilərlər.5. “JW Marriott Hotel Absheron” – “Prezident suiti” - 2500 manat/günŞəhərin ən yaxşı ərazisində yerləşən “JW Marriott Hotel Absheron” hoteli bahalı nömrəsinin qiymətinə görə, digər dəbdəbəli otellərdən geri qalır. 202 kvadratmetr sahəsi olan “Prezident suiti”ndə gecələmək qiyməti orta hesabla “cəmi” 2500 manatdır. Ayrı-ayrı vaxtlarda oteldəki qonaqların sayından və sifariş vaxtından asılı olaraq bu qiymət 2200 - 3000 manat/gün arasında dəyişə bilər. Nömrədə zal, yataq otağı, ayrıca mətbəx, hətta bar var. 21-ci mərtəbədə yerləşən nömrədən dənizə gözəl mənzərə açılır.6. “Hilton Hotel Baku” – “Prezident suiti” - 1500 manat/gün“Hilton Hotel Baku”dakı “Prezident suiti”nin qiyməti cəlbedici görünür - cəmi 1400-1500 manat. Burada qonaqların komfortu üçün bütün zəruri şərait var. 21-ci mərtəbədə yerləşən və dənizə baxan “Prezident suiti”nin sahəsi 194 kvadratmetrdir. Burada 4 otaq, o cümlədən yataq otağı, hamam və caqquzi mövcuddur. Nömrənin qonaqları otelin 17-i mərtəbəsindəki “Launç” restoranına giriş əldə edirlər.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti