Bakıda ən sürətli avtomobillərin yürüşü keçiriləcək – FOTO + XƏRİTƏ

17:25 | 27.10.2014
Bakıda ən sürətli avtomobillərin yürüşü keçiriləcək – FOTO + XƏRİTƏ

Bakıda ən sürətli avtomobillərin yürüşü keçiriləcək – FOTO + XƏRİTƏ

Bakıda dünyanın ən sürətli avtomobillərinin yürüşü təşkil ediləcək. Bakıda keçiriləcək Baku World Challenge (Blancpain Sprint Series) Beynəlxalq avtomobil yarışlarının təşkilatçılarından Oxu.Az-a verilən məlumata görə, avtoyürüş 31 oktyabr saat 19.00-da baş tutacaq.Baku World Challenge-də iştirak edən 30 avtomobil Dövlət Bayraq Meydanından Heydər Əliyev Mərkəzinə qədər yürüş keçirəcək. Daha sonra Baku World Challenge (Blancpain Sprint Series) Beynəlxalq avtomobil yarışlarında iştirak edən pilotlar Heydər Əliyev Mərkəzinin qarşısında avtomobil həvəskarlarına avtoqraf verəcəklər. Saat 20.00-dan 20.50-yə qədər onlara yarış avtomobilləri ilə şəkil çəkdirmək imkanı yaradılacaq.Qeyd edək ki, noyabrın 1-də Bakıda keçiriləcək Baku World Challenge (Blancpain Sprint Series) Beynəlxalq avtomobil yarışlarında dünyanın ən sürətli 30 avtomobili iştirak edəcək.  Bakıya yarış üçün gətirilən avtomobillərin arasında “McLaren MP4-12C”, “Mercedes SLS AMG”, “Aston Martin Vantage GT3 of Beechdean AMR”, “Porsche 997 GT3-R”, “Audi R8 LMS ultra”, “Corvette Z06” olacaq.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür