Bakıda Ərdoğana xoş sürpriz - VİDEO

10:52 | 03.09.2014
Bakıda Ərdoğana xoş sürpriz - VİDEO

Bakıda Ərdoğana xoş sürpriz - VİDEO

Azərbaycana səfər edən Türkiyənin yeni prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda məşhur otellərdən birində gecələyib. ANN.Az ANS PRESS-ə istinadən xəbər verir ki, gecə saatlarında otelə gələn Ərdoğan maraqlı mənzərə ilə qarşılaşıb. Belə ki, onu otelin girişində rəngarəng güllələrlə bəzədilən və üzərində Azərbaycan-Türkiyə bayraqları olan gül çələngi ilə qarşılayıblar.Gül gələnginin üzərinə isə “Hörmətli Prezidentimiz Xoş Gəldin” mesajı qeyd olunub. Qeyd edək ki, ötən gecə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı hava limanında Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb