Bakıda əsas yollardan biri təmir olunur

11:21 | 03.04.2014
Bakıda əsas yollardan biri təmir olunur

Bakıda əsas yollardan biri təmir olunur

Bakıda əsas yollardan birinin təmirinə start verilib.Bu barədə Trend-ə açıqlamasında Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.Onun sözlərinə görə, paytaxtın Əhməd Rəcəbli küçəsinin Ziya Bünyadov prospekti ilə kəsişməsindən Süleyman Sani Axundov küçəsinə qədər olan hissəsinin təmirinə başlanıb: "Hazırda yolun kənarındakı köhnə bardürlərin sökülməsi işləri həyata keçirilir. Bundan sonra onlar yeniləri ilə əvəz olunacaq. Daha sonra isə yolun köhnə asfalt-beton örtüyünün qaşınaraq yenilənməsi işləri həyata keçiriləcək".Qeyd edək ki, təmir olunacaq hissə yolun 1,3 km məsafəsini əhatə edir.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM