Bakıda güləşçilər arasında kütləvi dava

01:00 | 25.12.2013
Bakıda güləşçilər arasında kütləvi dava

Bakıda güləşçilər arasında kütləvi dava

Davaya güləşçilərin zalda olan yaxınları və dostları da qarışıb.

Bakıda sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı keçirilib. Böyüklər arasında keçirilən və “Sərhədçi” İdman-Olimpiya Mərkəzində baş tutan çempionat dünən başa çatıb. Çempionatın bağlanış günü isə kütləvi dava ilə yadda qalıb. 

Görüşlərin birində idmançılararasında gərginlik yaşanıb. 

ANN.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, Azərbaycan vətəndaşlığını qəbul etmiş Dağıstan əsilli legionerlə yerli güləşçilərimizdən biri arasında keçirilən görüşdə əsəbləri gərilən idmançılar elə döşək üzərindəcə yumruq davasına çıxıblar.

Bu davaya güləşçilərin zalda olan yaxınları və dostları da qarışıb.

Bundan sonra dağıstanlılarla azərbaycanlılar arasında kütləvi dava başlayıb. Xəbərlərə görə, dava zamanı soyuq silahlar da işə düşüb və bıçaqlananlar da olub. Bıçaq xəsarəti alanlar Dağıstan vətəndaşları olub.

Davaya səbəb olan idmançıların şəxsiyyəti barədə dəqiq məlumat yoxdur. Tərəflər arasında xeyli sayda xəsarət alan və yaralananların olduğu deyilir.

Davaya qoşulan çoxsaylı adamları isə hadisə yerinə çağırılmış hüquq-mühafizə orqanlarının əməkdaşları sakitləşdirib. Bu zaman tərəflər arasında saxlanılanlar da olub. Əldə etdiyimiz məlumata görə, faktla bağlı istintaq aparılır.

Məsələ ilə bağlı virtualaz.org-a açıqlama verən Azərbaycan Güləş Federasiyasının mətbuat katibi Mayis Musayev yarış zamanı idmançılar arasında doğrudan da insident yaşanması faktını təsdiqlədi: “Görüşlərin birində idmançılar arasında gərginlik yaşandı. Təşkilatçılar hadisəyə müdaxilə etdikdən sonra tərəflər sakitləşdirildi”.

M.Musayev insidentlə bağlı əlavə məlumat verə bilməyəcəyini söylədi.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov faktı təsdiqləsə də əlavə məlumatın daha sonra veriləcəyini söylədi.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti