Bakıda hər kəsi təəccübləndirən taksi sürücüsü - FOTO

16:13 | 02.07.2014
Bakıda hər kəsi təəccübləndirən taksi sürücüsü - FOTO

Bakıda hər kəsi təəccübləndirən taksi sürücüsü - FOTO

Paytaxtda hər kəsi öz addımı ilə təəccübləndirən taksi sürücüsü Oxu.Az-a müsahibə verib.Xəbər verdiyimiz kimi, Cəmaləddin Qaracayev adlı taksi sürücüsü maraqlı elan yerləşdirib. Onun idarə etdiyi avtomobilin üzərinə vurulan elanda qeyd olunub ki, hamilə və 1 yaşına qədər uşaqlı valideynlərə taksidə gediş haqqı pulsuzdur. - Cəmaləddin dayı, siz digər taksi sürücülərindən fərqli olaraq niyə hamilə və 1 yaşına qədər uşaqlı valideynlərə pulsuz xidmət göstərirsiz?- Bilirsiz, mənim uşaqlıqdan hamilə və uşaqlı valideynlərə hörmətim olub. Mənim bu addımım evdə gördüyüm tərbiyə, yaşadığım mühitdən irəli gəlir. Mən 1954-cü ildə anadan olmuşam, Azərbaycan Texniki Universitetini bitirmişəm. Daha sonra 23 il Bakı Sərnişindaşıma İdarəsində işləmişəm. Sərnişindaşıma ilə 1998-ci ildən məşğulam.Taksi fəaliyyətinə başlayandan məndə belə bir təşəbbüs olub, lakin əvvəllər avtomobilimdə hamilə və 1 yaşına qədər uşaqlı valideynlərə pulsuz daşımanı sözlə deyirdim. Əksər sərnişinlər buna hazır deyildi. Onlar mənim təklifimə kəskin etirazla deyirdilər ki, “sən kimsən ki, bizi pulsuz aparırsan”. Fikrimcə, onlar belə bir təklifi sözlə eşidəndə, düşünürdülər ki, bunun müqabilində onlara nəsə pislik edəcəm. Daha sonra belə bir elanı avtomobilimin üzərinə vurmağı qərara aldım.- Avtomobilin üzərinə vurduğunuz elan birmənalı qarşılanmayıb, sizin addımınızı dəstəkləyən də olsa, bəzi vətəndaşlar bu cür elanı müştəriləri cəlb etmək üçün atılmış bir addım adlandırırlar. Onlara cavabınız nə olacaq?- Bu, yanlış bir fikirdir. Mənim sadəcə o kateqoriyadan olan insanlara hörmətim var. Mənim avtomobilimin üzərinə yapışdırdığım elanda nə əlaqə nömrəm, nə taksi fəaliyyəti göstərdiyim ərazi, nə də ki, digər bir məlumat var ki, müştəriləri cəlb etsin. Sadəcə yolda getdiyim zaman həmin kateqoriyadan olan insanlar məni görüb maşınıma əyləşsələr onları pulsuz daşıyacam. Bu hamilə və uşaqlı valideynlərə hörmət əlaməti olan bir addımdır, burda başqa bir məqsəd yoxdur.- Cəmaləddin dayı, bəs avtomobilinizin üzərinə yapışdırdığınız elanı digər taksi sürücüləri və daşıdığınız sərnişinlər necə qəbul edir?- Hərəkətimi yaxşı qarşılayan da var, pis qarşılayan da. Digər taksi sürücüləri məni xəstə hesab edir, deyirlər ki, sən pul qazanmalısan. Amma insanın fəaliyyəti digərlərinə faydalı olmalıdır. Onlar başa düşmürlər ki, ictimai tələbat, şəxsi tələbatdan üstün olmalıdır, hər hərəkətində xeyri güdməməlisən. Sərnişinlərə gəldikdə isə onlar da belə bir təşəbbüsü fərqli qarşılayırlar, hətta bir dəfə sərnişinlərdən biri üstümə hücum çəkib elanlarımı qoparmışdı. Amma bizim cəmiyyətdə yaxşı insanlar daha çoxdur. İmkanlı adamların çoxusu məni görəndə pul verir ki, “sən yaxşı adamsan, halaldı sənə, ala, bu pulu götür”, lakin mən götürmürəm, çünki bu, ədəbsizlik olar.- Nə zamansa pulsuz xidmət göstərdiyiniz sərnişinləri təkrar daşımısız?- Bəli. Bir neçə il bundan öncə mənim maşınıma hamilə bir qadın əyləşmişdi, onu pulsuz doğum evinə aparmışdım. O hadisənin üstündən üç il keçdikdən sonra həmin xanım təkrarən hamilə vəziyyətdə məni gəlib tapdı və onu ikinci səfər həmin doğum evinə apardım. Amma bu səfər xanımdan pul götürməsəm də o, ikiqat xidmət haqqı verdi və dedi ki, mən şəxsən mikrorayondan gəlib sizin maşınıza əyləşdim. Çünki sizin yaxşılığı unuda bilmədim və istəyirəm ki, onun əvəzini çıxım.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb