Bakıda hərbçini maşın vurdu

10:32 | 23.11.2013
Bakıda hərbçini maşın vurdu

Bakıda hərbçini maşın vurdu

 Bakıda hərbi qulluqçunu avtomobil vurub.Qaradağ Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Lökbatan qəsəbəsində qeydə alınıb. “QAZel” markalı avtomobil yolu keçən piyada, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin müddətdən artıq xidmət edən hərbi qulluqçusu Elnur Adışirin oğlu Cəfərovu vurub. Piyada ağır bədən xəsarətləri ilə Baş Klinik Hərbi Hospitala yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.  ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb