Bakıda hotellərdə yoxlama aparılacaq

15:35 | 03.03.2015
Bakıda hotellərdə yoxlama aparılacaq

Bakıda hotellərdə yoxlama aparılacaq

Mədəniyyət və Turizm Nazirliyi Bakıda iyun ayında keçiriləcək I Avropa Oyunlarına hazırlıqla əlaqədar aprel ayı ərzində Bakıdakı hotellərdə monitorinqlər keçirməyi nəzərdə tutur. 

Bunu Trend-ə nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxməmmədov deyib. 

Onun sözlərinə görə, monitorinqin məqsədi mehmanxanalarda göstərilən xidmətlərin dövlət standartlarına riayət olunmasının yoxlanılması və bu sahədə mövcud nöqsanların aradan qaldırılmasını təmin etmək, turistlərə göstəriləcək xidmət işini yaxşılaşdırmaqdır.

Belə monitorinqlərin Bakıda ötən ilin oktyabr ayında da keçirildiyini xatırladan nazirlik rəsmisi qeyd edib ki, bir idman növü üzrə oyunların Mingəçevir şəhərində keçirildiyini nəzərə alaraq, martın 3-dən etibarən həmin şəhərdə fəaliyyət göstərən mehmanxanaların əməkdaşları üçün Türkiyədən dəvət olunmuş mütəxəssislər tərəfindən təlim kursları keçiriləcək. Bu kursların aprel ayında Bakıda fəaliyyət göstərən hotellər üçün də keçirilməsi nəzərdə tutulur.

V.Şıxməmmədovun sözlərinə görə, Mədəniyyət və Turizm Nazirliyi I Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar Azərbaycanda daxili turizmlə məşğul olan bütün turizm şirkətlərinə yeni marşrutlar, xidmət növləri yaratmağı tövsiyə edib.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM