Xəzər regionunda mövcud olan qaz ehtiyatları dünyanın qaz ehtiyatlarının 7-11%, neft ehtiyatları isə 4-6%-ni təşkil edir.“APA-Economics”in məlumata görə, bunu bu gün Bakıda keçirilən I Xəzər Enerji Forumunda Azərbaycanın energetika naziri Natiq Əliyev bildirib. Onun sözlərinə görə, bu gün Xəzər regionundakı resurslarının 1,4%-i istehlak olunur: “Bu da onu deməyə əsas verir ki, regionun ixrac potensialı kifayət qədədir. Bu gün dünyanı çox ciddi narahat edən problemlərdən biri enerji problemidir. Bu problemin aradan qaldırılması üçün dünyanın böyük dövlətləri çarələr axtarmağa başlayıb”. “Hesablamalara görə, Xəzər regionunda 2035-ci ilə qədər enerji ehtiyatları var və yeni kəşflərdə gözlənilir. Yeni neft-qaz ehtiyatlarının kəşfi sahəsində 2035 ilə qədər ehtiyatların 2 dəfə artımı gözlənilir. Nəticədə ölkəmizin əhəmiyyəti artacaq və bu ölkəmizin gələcəyi naminə istifadə olunacaq”, - deyə N. Əliyev əlavə edib. Nazir deyib ki, son 5 ildə Azərbaycanın enerji gücü 30% yenilənib. Azərbaycan öz enerji problemlərini həll etməklə yanaşı xaricə də enerji ixrac edir: “Enerji resursları istehsal edən ölkə həmişə neft və qaz məhsullarını ucuz qiymətə ixrac edir. Avropa İttifaqı bu sahədə olan problemlərin həlli yollarını tapmaq üçün təklif etdi ki, yeni enerji mənbələri axtarıb tapmaq lazımdır. Bu mənbə isə Xəzər regionudur. Bu bölgə Avropa İttifaqı ilə sıx əlaqədə işləyir. Azərbaycan dövlətinin iqtisadi siyasətini nəticəsində Xəzərdən Şərqi Avropaya qədər yeni enerji dəhlizi formalaşmağa başlayıb. Bu dəhlizə isə 50 milyard dollarlıq sərmayənin qoyulması nəzərdə tutulub. Bununla əlaqədar nəhəng layihələr həyata keçiriləcək. Bunun üçündə prezident İlham Əliyev İqtisadi komissiya yaradıb və həmin komissiya artıq fəaliyyətə başlayıb”.
ANNET.Az
Bizi sosial şəbəkələrdə izləyin !