Bakıda polis zabitlərinə xəsarət yetirilib.
Səbail Rayon Polis İdarəsindən (RPİ) APA-ya verilən məlumata görə, hadisə ötən gün saat 14.30 radələrində Badamdar qəsəbəsi Ə. Nəzərov küçəsi 7, mənzil 62-də qeydə alınıb. “102” xidmətinə daxil olan məlumatla əlaqədar qeyd olunan ünvana gedən Səbail RPİ 8-ci Polis Bölməsinin əməkdaşları, polis leytenantı Müşfiq Mikayıl oğlu Gözəlov və polis kapitanı, 1981-ci il təvəllüdlü Ehtiram Əli oğlu Hacıyev ev sahibi Bakı şəhər sakini, 1967-ci il təvəllüdlü Zakir Əli oğlu Hüseynov tərəfindən təhqir və müqavimətlə üzləşiblər, ev sahibi onlara əli ilə müxtəlif bədən xəsarətləri yetirib. Qeyd edək ki, vəkil Aslan İsmayılov sosial şəbəkələrdə paylaşdığı məlumatda Z. Həsənovun kürəkəni Tural Əhmədovla birgə onun evinə gələn dörd nəfər tərəfindən döyüldüyünü bildirib. Z. Həsənov baş verən hadisə ilə tədbir görülməsi üçün baş prokuror Zakir Qaralova və daxili işlər naziri Ramil Usubova şikayət ərizəsi yazıb. A.İsmayılov Z.Həsənovun ötən gün polis əməkdaşları tərəfindən öz evində döyüldüyünü də bildirib.ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !