Bakıda ilk dəfə: qeyri-adi işıqforlar quraşdırıldı - FOTO

14:05 | 04.02.2014
Bakıda ilk dəfə: qeyri-adi işıqforlar quraşdırıldı - FOTO

Bakıda ilk dəfə: qeyri-adi işıqforlar quraşdırıldı - FOTO

Bakıda qeyri-adi işıqforlar quraşdırılıb.ANN.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin (DYPİ) ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov bildirib ki, Bakı şəhəri ərazisində insanların yollardan rahat şəkildə keçməsi üçün piyadalar tərəfindən tənzimlənən iki işıqfor quraşdırılıb.O qeyd edib ki, belə işıqforlar keçmə növbəliliyini tənzimləyir:“Bu işıqforlardan biri Şahbazi küçəsində, digəri isə Üzeyir Hacıbəyov küçəsində quraşdırılıb. İnsanlar tərəfindən idarə edilən bu işıqforlar daha çox piyadaların sıx olduğu yerlərdə quraşdırılıb. Yol-qəza hadisələri, piyadaların vurulması halları daha çox olan yerlərdə belə işıqforlar qurulur. Bu işıqforlar piyadaların vurulması hallarının qarşısını alır. Gələcəkdə onların sayı artırılacaq”.V.Əsədov belə işıqforlar quraşdırılan keçidlərdən istifadə edən piyadalara tövsiyələr verib. Onun sözlərinə görə, piyada keçidlərindən keçərkən piyadalar mütləq ehtiyatlı olmalıdırlar. Onlar bilməlidirlər ki, qırmızı düyməni basarkən piyadalar nəqliyyat axınının gecikməsinə səbəb ola bilər.“Ona görə piyadalar belə keçidlərin qarşısına yığışmalıdırlar və toplu şəkildə keçiddən keçməlidirlər. Piyada qırmızı düyməni basıb yaşıl işığın yanmasına tam əmin olduqdan sonra yolu keçməlidir. Bu işıqforlardan istifadə olunma adəti yaranmalıdır”.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM