Bakıda yeni yerüstü piyada keçidi inşa edilir. Bu barədə Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyib.P.Mürsəliyev qeyd edib ki, Bakının Nobel prospekti ilə Xaqani Rüstəmov küçəsi ilə kəsişməsində yeni yerüstü piyada keçidi inşa olunur.Onun sözlərinə görə, piyada keçidinin 4 giriş-çıxışı olacaq. Onlardan biri "Ağ şəhər"ə, biri Azərbaycan Boks Federasiyasına, digər ikisi isə Dənizkənarı Park istiqamətində olacaq. Keçidin hər tərəfində 2-si olmaqla ümumilikdə 8 eskalator quraşdırılacaq. Yerüstü piyada keçidinin uzunluğu 280 metr, eni 8 metr, yerdən hündürlüyü isə 3,2 metr olacaq: "Hazırda inşaat ərazisində svay vurma işləri gedir. Piyada keçidinin inşasının 2014-cü ilin sonunadək başa çatdırılması planlaşdırılır".
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !