Bakıda İslam maliyyəsi sisteminə həsr olunan konfrans

10:20 | 19.02.2015
Bakıda İslam maliyyəsi sisteminə həsr olunan konfrans

Bakıda İslam maliyyəsi sisteminə həsr olunan konfrans

Bu gün Bakıda "İslam maliyyəsi: müasir vəziyyət və gələcək gözləntilər adlı beynəlxalq konfrans keçirilir. 

Oxu.Az xəbər verir ki, tədbir İqtisadi Resursların Öyrənilməsi Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutu, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) və Türkiyə İktisadi Araştırmalar Merkezi (İKAME) tərəfindən təşkil olunub. 

Tədbiri keçirməkdə məqsəd İslam maliyyə sistemi sahəsində çalışan yerli və xarici alimləri, investorları bir araya gətirərək mövzu ətrafında müzakirələr aparmaqdır. 

Beynəlxalq konfransda AMEA İqtisadiyyat İnstitutunun direktoru Nazim İmanov, Milli Məclisin üzvləri Şəmsəddin Hacıyev, Ziyad Səmədzadə, Vahid Əhmədov, Əli Məsimli və digər tanınmış simalar iştirak edəcəklər.

"İslam maliyyəsi bu gün 1.3 trlyn dollar həcmində dövriyyəyə malik olub dünyanın 75 ölkəsində 400-dən çox maliyyə təşkilatları tərəfindən idarə olunur"- deyə, tədbirdə deyilib. 

Mütəxəssislər bildirir ki, Azərbaycanda isə artıq 7-dən çox bank, lizinq, mikrokredit təşkilatı tərəfindən İslam maliyyəsi üzrə işlər aparılır.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM