Bakıda klassik musiqi gecəsi keçiriləcək

17:17 | 29.11.2013
Bakıda klassik musiqi gecəsi keçiriləcək

Bakıda klassik musiqi gecəsi keçiriləcək

Dekabrın 11-də Rusiyanın Pyotr Çaykovski adına Böyük Simfonik Orkestri Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan proqramla çıxış edəcək.

ANN.Az xəbər verir ki, proqram SSRİ xalq artisti Vladimir Fedoseyevin dirijorluğu ilə Heydər Əliyev Mərkəzində baş tutacaq.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunan klassik musiqi gecəsində Üzeyir Hacıbəylinin “Koroğlu” uvertürası, Qara Qarayevin “Yeddi gözəl” baletindən süita, Fikrət Əmirovun “Azərbaycan kapriççiosu”, Niyazinin “Arzu” romansı, “Küçələrə su səpmişəm” xalq mahnısı səslənəcək.

Tamaşaçılara, həmçinin dünya klassikası – İohannes Brams, Frans Vaksman, Vinçenso Bellini, Cakomo Puççini, Pyotr Çaykovski, Sergey Raxmanin və Georgi Sviridovun ölməz əsərləri təqdim olunacaq.

Qeyd edək ki, P.Çaykovski adına Böyük Simfonik Orkestr 1930-cu ildə radioda klassik musiqi translyasiyası məqsədilə yaradılıb. 1974-cü ildə SSRİ xalq artisti V.Fedoseyev orkestrə bədii rəhbər və baş dirijor təyin olunub. Artıq 40 ilə yaxındır ki, V.Fedoseyevin rəhbərliyi altında çalışan orkestr dünyanın müxtəlif ölkələrində qastrollarda olub, beynəlxalq festivallarda çıxış edib.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM