Bakıda ikimərtəbəli kommunal tipli evdə yanğın olub. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın paytaxtın Nərimanov rayonunda ikimərtəbəli kommunal tipli evin 2-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 36 kv.m olan 3 otaqlı mənzildə baş verib. Nəticədə mənzilin dam örtüyünün yanar konstruksiyaları 8 kv.m sahədə və hamam otağında lambirdən ibarət tavan 4 kv.m sahədə yanıb.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 22:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !