Taksi sürücülərinin lisenziya almadan qeyri-qanuni fəaliyyət göstərməsi əslində vergidən yayınmaq kimi qiymətləndirilir. Nəqliyyat Nazirliyinin katibliyindən verilən məlumata görə, taksi fəaliyyəti ilə məşğul olmaq istəyən hər kəs ilk növbədə lisenziya almalı, aylıq fərqlənmə nişanı ilə əlaqədar qazanca görə vergi verilməlidir. Eyni zamanda, həmin şəxs müvafiq dövlət standartına uyğun olaraq avtomobilini xüsusi formaya salmalı, habelə avtomobildə sayğac və POST-terminal quraşdırılmalıdır. Bu tələblərin hamısı yerinə yetirilməsə, taksi fəaliyyəti qeyri-qanuni sayılır.Həmçinin bildirilib ki, gələn il Azərbaycanda keçiriləcək birinci Avropa Oyunlarına qədər Bakıda “London” taksilərinin sayı artırılacaq. Paytaxtda fəaliyyət göstərmək üçün 5 min taksi kifayət edir. //AzərTAc
Bizi sosial şəbəkələrdə izləyin !