"Qafqazinfo”nun avtosfer.az-a istinadən məlumatına görə, yüksək sürətlə hərəkət edən "Mersedes” markalı avtomobil idarəetməni itirərək səkiyə çıxıb. Təkərlərin sürtünməsi nəticəsində avtomobil bir anda alışmağa başlayıb. Maşından sağ çıxan sürücüyə yardım etmək üçün isə piyada qadın ona köməyə qaçıb. Qadın həmin sürücünün qolundan tutaraq alovlanan maşından kənarlaşdırıb.
Lakin qəzaya düşən sürücüyə yardım etmək üçün ilk gedən qadın olur. Kişilər sonradan köməyə gəlir.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !