2013-cü ilin noyabr ayında Bakının ilkin mənzil bazarında qiymətlər artıb. Milli.Az xəbər verir ki, bu barədə Day.Az saytına "Əmlak bazarı iştirakçıları" ictimai birliyinin eksperti Rövşən Talıbzadə bildirib. Onun sözlərinə görə, yanvar ayından noyabr ayına qədər mənzillərin qiyləmlərində 0,5%-dən 2-3 faizə qədər artım olub. "Əgər oktyabr ayında yeni tikililərdə orta qiymət 1 kvadrat metrə görə 902 manat idisə, noyabr ayında qiymət 921 olub", - o əlavə edib.