Bakıda məşhur oteldə bomba həyəcanı

12:43 | 17.09.2014
Bakıda məşhur oteldə bomba həyəcanı

Bakıda məşhur oteldə bomba həyəcanı

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə  Bakı şəhəri, Səbail rayonunda yerləşən “Hilton Baku” otelinin 4-cü mərtəbəsində partlayıcı qurğu olması barədə məlumat daxil olub.ANN.Az nazirliyə istinadən xəbər verir ki, dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumlarının mütəxəssisləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib.Mütəxəssislər hüquq mühafizə orqanlarının əməkdaşları ilə birgə müvafiq təhlükəsizlik tədbirləri görmüş və əraziyə baxış keçirib. Nəticədə, qeyd olunan ərazidə şübhəli əşya aşkar edilməyib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM