Bakıda məşhur şirkət talan edildi

13:09 | 20.02.2014
Bakıda məşhur şirkət talan edildi

Bakıda məşhur şirkət talan edildi

Seyfin içində 130 min 691 manat və 2270 dollar pul olub.

Paytaxtda tanınmış şirkətin seyfini apardılar.

ANN.Az Milli.Az-a istinadən xəbər verir ki, Binəqədi rayonu ərazisində yerləşən “Gilan-Plastik” MMC-nin ofisindən içərisi pulla dolu olan seyf oğurlanıb.

Naməlum şəxslər şirkətin Xocahəsən qəsəbəsindəki ofisinin arxa pəncərəsini qopararaq içəri girib və içərisində 130 min 691 manat və 2270 dollar pul olan seyfi aparıblar.

Binəqədi Rayon Polis İdarəsindən bildirildi ki, faktla bağlı Cinayət Məcəlləsinin oğurluq (177-ci) maddəsi ilə cinayət işi başlanıb.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM