Bakıda metro vaqonu iki hissəyə "ayrıldı" - FOTO

12:39 | 26.05.2014
Bakıda metro vaqonu iki hissəyə "ayrıldı" - FOTO

Bakıda metro vaqonu iki hissəyə "ayrıldı" - FOTO

Bakı metrosunda sərnişinlər gülməli mənzərəyə tamaşa ediblər. ANN.Az-ın Milli.Az-a istinadən verdiyi məlumata görə, qatara adamların güc-bəla ilə daxil olduğu bir vaxtda, sərnişin tərəfindən vaqona böyük həcmli mənzil qapısı yerləşdirlib. Vaqona salınan qapı sərnişinlərin həm gülüşünə, həm də qəzəbinə səbəb olub. Qapı böyük olduğundan vaqonu iki hissəyə bölüb.Maraqlısı odur ki, həmin şəxs iri qapı ilə metroya necə daxil olub, buna kim icazə verib. Metroda təhlükəsizliyə cavab verən, hər xırda təhlükəli əşyanın içəri keçirilməsinə nəzarət edən polisin gözündən bu boyda qapı yayınırsa, hansı təhlükəsizliyimizdən danışa bilərik.

Bakı Metropoliteninin mətbuat xdmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, həmin hadisədən xəbərsizdir. Onun sözlərinə görə, parametrləri uyğun olmayan yüklərin metroda daşınması qadağandır.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür