Bakıda möhtəşəm akademiya kompleksi tikiləcək – PROYEKT

16:25 | 22.11.2013
Bakıda möhtəşəm akademiya kompleksi tikiləcək – PROYEKT

Bakıda möhtəşəm akademiya kompleksi tikiləcək – PROYEKT

Keçən il təsis edilən Gömrük Akademiyası üçün bina və tələbə şəhərciyi tikiləcək.
Lent.az-ın məlumatına görə, 43 min kvadrat metr sahəni əhatə edəcək kompleksdə tələbələrin bütün ehtiyaclarını qarşılayacaq təsisatlar olacaq. Kompleksdə gənc kadrların yetişdirilməsi ilə yanaşı, ixtisasartırma kurslarını da təşkil etmək mümkün olacaq. Gömrük Akademiyasının şəhərin hansı istiqamətində yerləşəcəyi hələlik dəqiq bildirilmir. Artıq layihələndirmə işləri yekunlaşdırılıb və yaxın vaxtlarda inşaat mərhələsinə başlanılacaq.
 
Qeyd edək ki, bu il iyulun 8-də prezidentin fərmanı ilə Dövlət Gömrük Komitəsinin Akademiyasının Nizamnaməsi təsdiq edilib. Sentyabrın 13-də isə ölkə başçısı gömrük xidməti general-mayoru İsmayıl Ələkbərovun Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi təyin edilməsi barədə sərəncam imzalayıb.
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM