Bakıda möhtəşəm atəşfəşanlıq olacaq

12:00 | 08.05.2014
Bakıda möhtəşəm atəşfəşanlıq olacaq

Bakıda möhtəşəm atəşfəşanlıq olacaq

Bakıda mayın 10-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə atəşfəşanlıq olacaq.Bakı şəhər İcra Hakimiyyətindən (BŞİH) Trend-ə verilən məlumata görə, müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu ümummilli lider Heydər Əliyevin doğum günü münasibətilə mayın 10-da Heydər Əliyev Sarayının qarşısındakı Heydər Əliyev Parkında Gül bayramı keçiriləcək. Bakı sakinləri həmin bayrama dəvətlidirlər.Bayram şənlikləri Heydər Əliyev Parkında və Heydər Əliyev Sarayının arxasındakı şəhər mərkəzi parkında saat 11:00-dan başlayacaq.Bayram saat 21:00-da Milli Parkın ərazisində Saat qülləsinin yanında bayram konserti və möhtəşəm atəşfəşanlıqla davam edəcək.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb