Layihəni Türkiyə şirkəti həyata keçirir.Bakıda daha bir körpünün tikintisi planlaşdırılır. Lent.az-ın verdiyi xəbərə görə, yeni körpü tikilməkdə olan Bakı Olimpiya stadionunun yaxınlığında, 12 hərəkət zolağı olan Heydər Əliyev prospektinin üzərində inşa olunacaq. Nəqliyyat nazirliyi “Azəryolservis” ASC-nin sifariş verdiyi layihə artıq təsdiqlənib.Yeni körpü iki nəhəng dirək vasitəsi ilə birləşdirilən ötürücüdən ibarət olacaq. Asma körpü 60 min nəfərlik Olimpiya stadionuna gələnlərin rahatlığını təmin edəcək. Həmçinin bu körpü vasitəsi ilə Heydər Əliyev prospektinə paralel çəkilən yeni prospekt Sabunçu qovşağına birləşəcək.Hazırda ərazidə işlər davam etdirilir. Layihəni Türkiyə şirkəti həyata keçirir.ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !