Bakıda müvəqqəti dayanacaqlar

16:21 | 10.05.2014
Bakıda müvəqqəti dayanacaqlar

Bakıda müvəqqəti dayanacaqlar

Prezident müvəqqəti avtomobil duracaqlarının sxemi ilə tanış olub

Prezident İlham Əliyev Bakının müxtəlif ərazilərində yaradılacaq müvəqqəti avtomobil duracaqlarının sxemi ilə tanış olub. ANS PRESS-in məlumatına görə, dövlət başçısı ümummilli lider, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Heydər Əliyev Sarayının qarşısındakı parkda və sarayın arxasındakı Şəhər Mərkəzi Parkında Gül bayramında iştirak edib. 

Bildirilib ki, Dövlət Yol Polisi və Bakı Şəhər İcra Hakimiyyətinin Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinin birgə işi nəticəsində müəyyən olunmuş küçələrin sağ və sol hissələrində avtomobillər üçün bircərgəli dayanacaqlar yaradılacaq. 

Ödəniş etmək üçün dayanacaqlarda xüsusi bankomatlar quraşdırılacaq. Bu sistem şəhərdə tıxacların qarşısının alınmasına xidmət edəcək.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb