Bakıda NATO-nun seminarı başlayıb

11:23 | 16.06.2014
Bakıda NATO-nun seminarı başlayıb

Bakıda NATO-nun seminarı başlayıb

Bu gün Bakda NATO Parlament Assambleyasının 86-cı “Rouz-Rout” seminarı başlayıb. APA-nın məlumatına görə, “Cənubi Qafqaz: çağırışlar və imkanlar” mövzusunda keçirilən seminarda NATO PA-nın prezidenti Hu Beyli, 28 üzv ölkənin, eyni zamanda tərəfdaş ölkələrin nümayəndələri iştirak edir.

Tədbirə Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov, Milli Məclis sədrinin birinci müavini, Azərbaycanın NATO PA-da nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərov və deputatlar da qatılıb.

 

Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimovun Dağlıq Qarabağ mövzusunda çıxışı nəzərdə tutulub. Üç gün davam edəcək seminarda regionda baş verən proseslər müzakirə olunacaq.

 

Seminarda Ermənistan parlamentinin NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Koryun Naqapetyan və nümayəndə heyətinin üzvü Tevan Poqosyan da iştirak edir.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM