Bakıda nəqliyyat rahat nəfəs alacaq - LAYİHƏ

16:52 | 21.01.2015
Bakıda nəqliyyat rahat nəfəs alacaq - LAYİHƏ

Bakıda nəqliyyat rahat nəfəs alacaq - LAYİHƏ

Paytaxtın Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq metronun "Koroğlu” stansiyasına qədər tikilən yolun Bakı şəhərinin infrastrukturunun inkişafında böyük əhəmiyyəti olacaq.

Bu barədə AzərTAc-a tikinti işlərini həyata keçirən "AZVİRT” MMC-nin texniki-iqtisadiyyat şöbəsinin rəisi Nəriman Nağıyev bildirib.

Şirkət nümayəndəsinin sözlərinə görə, bu yolun tikintisi hələ ilk Avropa oyunlarının keçirilməsi ilə bağlı qərardan əvvəl planlaşdırılırdı. Bakı Olimpiya Stadionunun inşası və Böyükşör gölü ərazisində bulvarının salınması ilə əlaqədar olaraq yolun layihəsində bir sıra müvafiq dəyişikliklər edilib.

N.Nağıyev qeyd etdi ki, yolun əsas hissəsi altı, bəzi hissəsi isə dördzolaqlı olacaqdır. Bu layihə çərçivəsində 2 körpünün, 2 tunelin, 2 piyada körpü və keçidinin tikintisi nəzərdə tutulub.

Dövlət Proqramına daxil olan bu layihənin reallaşdırılması metronun "Koroğlu” stansiyasına gələn bütün istiqamətlərdən həm şəhərin mərkəzinə, həm də Həsən Əliyev küçəsindən keçərək metronun "Gənclik” stansiyası istiqamətinə qədər nəqliyyat əlaqəsini təmin edəcək.

Yeni avtomobil yolu Bakı ətrafı qəsəbələrin ölkənin beynəlxalq əhəmiyyətli magistralları ilə nəqliyyat əlaqəsinin asanlaşmasına kömək etməklə yanaşı, paytaxtın mərkəzi hissəsinin və Heydər Əliyev prospektində nəqliyyat yükünün azalmasına da öz təsirini göstərəcəkdir.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM