Bakıda polis idarəsində intihara cəhd

11:47 | 10.12.2013
Bakıda polis idarəsində intihara cəhd

Bakıda polis idarəsində intihara cəhd

Bakı şəhər Yasamal rayon Polis İdarəsində təqsirləndirilən şəxs intihara cəhd edib. Lent.az-ın məlumatına görə, narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə həbs edilmiş Astara rayon sakini, 1982-ci il təvəllüdlü Mirzəyev Zamin Həsən oğlu özünü ikinci mərtəbədən pilləkənlərin üstünə atıb. Ağır bədən xəsarətləri almış Z.Mirzəyev Kliniki Tibbi Mərkəzin Travmatologiya şöbəsinə yerləşdirilib.

 

Hazırda xəstəxanaya yerləşdirilmiş şəxsin müalicəsi nəzarət altında davam etdirilir. Faktla bağlı araşdırma aparılır.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM