Bakıda polis qəzaya düşdü

11:33 | 18.05.2014
Bakıda polis qəzaya düşdü

Bakıda polis qəzaya düşdü

Bakının Xəzər rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Qaynar.info-nun APA-ya istinadən məlumatına görə, yol qəzası Aeroport şossesində qeydə alınıb. 

"Mercedes" markalı avtomobil hava limanından şəhər mərkəzinə doğru hərəkətdə olarkən nasazlıq yaranıb. Sürücü qəza işıqlarını yandırıb və sürəti tam azaldıb. Bu vaxt arxadan sürətlə gələn "Opel" markalı avtomobil "Mercedes"ə çırpılıb. Taksi kimi fəaliyyət göstərən "Opel"də qadın sərnişin olub. O, qəzadan sonra başqa taksi ilə hadisə yerini tərk etsə də, sonradan 3 saylı Şəhər Kliniki Xəstəxanasına müraciət edib. Qadın sərnişinin xəsarətinin yüngül olduğu bildirilir.

Qeyd edək ki, "Mercedes"i polis əməkdaşı idarə edirmiş.  

APA

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM