Ölkədə keçiriləcək Avropa Oyunları ilə əlaqədar ictimai nəqliyyat sektorunda ciddi islahatlar aparılacaq.
ANS TV-nin məlumatına görə, istismara yararsız, sərnişindaşıma tələblərinə cavab verməyən avtobuslar marşurut xəttindən uzaqlaşdırılacaq.
Avtobuslardakı hər hansı bir kiçik problem hərəkət zamanı onların öz özünə alışıb yanmasına, xarab olub yolun ortasında qalmasına səbəb olur. Bu isə nə sərnişinlər, nə də sürücülər üçün arzuolunandır. Nasaz avtobusların xüsusilə Bakı kəndləri istiqamətində, yəni mərkəzdən bir qədər kənarda fəaliyyət göstərdiyini nəzərə alsaq ilk növbədə həmin avtobusların xəttdən çıxarılması gözlənilir.
Ekspertlərsə hesab edir ki ümumiyyətlə texniki vəziyyəti dəyərləndirilməyən avtobuslar xəttə buraxılmamalıdır. Sərnişindaşıma imkanları qənaətbəxş olmayan avtobuslar təmir olunmalı, təmirə yaramadıqda isə xarici ölkələrin təcrübəsində olduğu kimi ultirizasiya edilməlidir. Ekspert Ərşad Hüsyenovun fikrincə tək avtobuslar yox, elə onları idarə edənləri də mütəmadi yoxlamadan keçirmək lazımdır. O hər gün relsə çıxmazdan əvvəl avtobuslar texniki baxışdan keçirilməli olduğunu və sürücülərin sağlamlığı da gündəlik yoxlanılmalı olduğunu deyir.
Avropa Oyunları ərəfəsində bəzi avtobusların istiqaməti dəyişdiriləcək. Hazırda Nəqliyyat Nazirliyində xüsusi qərargah yaradılıb ki, məqsəd oyunlar ərəfəsində baş verə biləcək hər hansı bir xoşagəlməz halı vaxtında aradan qaldırmaqdır. Buna görə də Nazirlik əməkdaşları paytaxt ərazisində xəttdə olan nasaz avtobusları araşdırmağa başlayıb.
Nəqliyyat Nazirliyinin sözçüsü Namiq Həsənovun sözlərinə görə, Olimpiya oyunlarına kimi istər paytaxtda, istərsə də paytaxtdan kənarda nümunə üçün də olsa problemli avtobus qalmayacaq. Üstəlik oyunların keçirildiyi ərazilərdə fəaliyyət göstərən avtobusların hər birinin istiqaməti dəyişdiriləcək. O oyunların keçirldiyi ərazilərdən ümumiyyətldə avtobusların buraxılmayacağını və onların hərəkət edə biləcəyi alternativ yolları müəyyənləşdiriləcəyini qeyd edir.
Sürücülərin vahid geyim formasına keçməsinə də çox az vaxt qalıb. Hazırda iki seçim qarşısında qalan qurum, mart ayında sürücülərə yeni formalar paylayacaq.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !