Bakıda qapalı tipli yeni yol ötürücüsü tikilir

11:21 | 10.04.2014
Bakıda qapalı tipli yeni yol ötürücüsü tikilir

Bakıda qapalı tipli yeni yol ötürücüsü tikilir

Böyükşor küçəsinin Ziya Bünyadov prospekti ilə kəsişməsində qapalı tipli yol ötürücüsünün tikintisinə başlanılıb.Bunu “APA-Economics”ə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib. Onun sözlərinə görə, 6 hərəkət zolağı üçün nəzərdə tutulan yolun uzunluğu 610 metr, eni 26 metrdir. Yanaşma yollarının uzunluğu isə 1 100 m təşkil edir. “Hazırda tunelin qapalı hissəsinin üzlük piltələrinin quraşdırılması, tavan hissəsinin alkopanla üzlənməsi, işıqlandırma sistemi, yan yollara mərmər bordürlərin qoyulması işləri həyata keçirilir. Gələn ayın əvvəlindən yanaşma yolları asfaltlanacaq”, - deyə P. Mürsəliyev əlavə edib. Qeyd edək ki, yayda, təqribən iyun-iyul aylarında bütün işlərin yekunlaşması nəzərdə tutulub.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM