Bakıda qatar bələdçiləri etiraz aksiyası keçirir - YENİLƏNİB

10:40 | 10.01.2014

“Kişi qatar bələdçiləri adıçəkilən işdən uzaqlaşdırılsalar da, onlara qurumda digər işlər təklif olunur”. Bunu AzNews.az-a açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əziməmmədov deyib. O bildirib ki, etiraz edən bələdçilərin sayı 30-a yaxındır: “Bələdçilər bizim qurumdan işdən çıxarılmayacaqlar. Onlara başqa iş təklif olunsa da, hələlik bələdçilər bununla razılaşmırlar”.N. Əziməmmədov danışıqların davam etdirildiyini bildirib. ANN.Az

***

10:35

"AzNews.az" saytı xəbər verir ki, bu dəqiqələrdə “Azərbaycan Dəmir Yolları” QSC-nin binası qarşısında qatar bələdçiləri etiraz aksiyası keçirir. Aksiyanı kişi qatar bələdçiləri keçirirlər. Aksiyaya səbəb göstərilmədən işdən çıxarılmalarıdır. Bələdçilər qurum rəhbərliyindən onların xəbərdarlıq edilmədən işdən çıxarılaraq, yerlərinə qadın bələdçilərin təyin olunmasının aydınlaşdırılmasını tələb edirlər.

“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əziməmmədov AzNews.az-a açıqlamasında kişi qatar bələdçilərinin qadınlarla əvəzlənməsinə etiraz etməsi faktını təsdiqləyib. O deyib ki, bu məsələ ilə bağlı hazırda etiraz edən tərəflərlə danışıqlar aparılır: “ Problem qısa vaxtda həll olunacaq və bununla bağlı ətraflı məlumat veriləcək”.

ANN.Az
loading...