Bakının iki rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Nərimanov rayonu Xəlil Rza Ulutürk küçəsində yol qovşağının (tunel) tikintisi zamanı 530 mm-lik daşıyıcı qaz kəmərindən ayrılan 159 mm-lik orta təzyiqli qaz kəmərinin “Azvirt” MMC tərəfindən zədələnməsi nəticəsində əmələ gəlmiş qaz sızmasının qarşısının alınması ilə əlaqədar bu gün saat 13:00-dək Nərimanov və Binəqədi rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !