Bakıda qeyri-adi sərgi - FOTOLAR

19:23 | 04.12.2014
Bakıda qeyri-adi sərgi - FOTOLAR

Bakıda qeyri-adi sərgi - FOTOLAR


Dekabrın 3-də "Art Villa" qalereyasında "Art & Motorcycles" adlı qeyri-adi sərginin açılışı oldu. Sərgi "Insurgents" MC Baku Moto klubunun dəstəyilə "Arts Council Azerbaijan" tərəfindən təşkil edilmişdir. Sərginin kuratoru Nurziyə Xəlilovadır.

 
ANN.Az-ın verdiyi xəbərə görə, sərgidə həvəskar rəssamlığın, motosikllərin və yük maşınlarının modelləşdirilməsinin sintezinin daxil olduğu maraqlı ekspozisiya təqdim edilmişdir. Qeyd etmək lazımdır ki, Art & Motorcycles bir Azərbaycan ailəsinin yaradıcılıq fəaliyyətinin aynası, bacı və qardaş – Kəmalə ilə Ramilin kreativ inkişaf hekayəsidir.
 
 
 

Tədbirə incəsənət həvəskarları, KİV nümayəndələri, televiziya işciləri və fotoqraflarla yanaşı, həm də "Insurgents" MC Baku moto-klubunun sürücüləri və "Harley Davidson Baku"nun nümayəndələri də təşrif buyurmuşdular.

Qalereyanın girişindəki meydançada tədbirin təşkilatçıları tərəfindən xüsusi olaraq fotosessiyalar üçün qoyulmuş motosikl dururdu. Orijinal şəkillər çəkməyi arzu edənlər kifayət qədər oldu, axı hər gün motosikldə şəkil çəkdirmək imkanı olmur. Eksponatların özlərinin şəkillərini çəkən qonaqlar da az olmadı.

Sərginin rəsmi açılış mərasimində "Arts Council Azerbaijan" Qeyri Hökümət Təşkilatının rəhbəri Dadaş Məmmədov çıxış edərək bildirdi ki, belə layihə öz tərzi etibarilə təşkilat üçün birincidir, çünki məhz bu layihədə onlar incəsənətlə motosikllərin vəhdətini yaratmağa qərar verdilər. "Harley Davidson Baku"nun nümayəndələri isə Azərbaycanda moto-hərəkatın inkişafında belə tədbirlərin əhəmiyyətini vurğuladılar və sərgi müəlliflərinə minnətdarlıq əlaməti olaraq nişanlar hədiyyə etdilər.

Sərgi alovlu musiqinin sədaları altında davam etdi, bu, sərin qış axşamına xüsusi çalarlar qatırdı və eksponatların ruhuna uyğun idi.

Müəlliflər haqqında:

Kəmalə Əsgərova


12.07.1990-cı ildə Bakıda anadan olub. O, Bakı Slavyan Universitetinin filologiya fakultəsinin məzunudur. Ü.Hacıbəyov adına akademiyanın məktəb studiyasını fortepiano sinfi üzrə bitirmişdir.

Kəmalə xanım üçün rəsm çəkmək onun həyatının qayəsini təşkil edir. Gənc rəssam öz yaradıcılıq potensialını fortepiano və klassik gitara ifa etməklə reallaşdırır, həmçinin ağ-qara fotoqrafiya ilə maraqlanır. Sərgidə təqdim edilən "Payızın son günləri" seriyasında o, qırmızı rəngə üstünlük vermişdir.

Ramil Əsgərov


21.04.1882-ci ildə Volqoqradda anadan olub. O, Azərbaycan Dövlət Neft Akademiyasının İstehsal prosesinin avtomatlaşdırılması fakultəsini bitirmişdir.
Ramil Əsgərov modelləşdirmə ilə uşaqlıqdan məşğul olur. Motobaykerlərlə dostluq, həmçinin motosiklet sürmə dərsləri onun bu işlə məşğul olmaq istəyini artırdı. O, fəaliyyətin bu növünə ictimaiyyətin qeyri-ciddi yanaşmasından şikayət edir. Hətta insanların əksəriyyəti stend modelizminin nə olduğunu bilmir. Ramil modelləri oyuncaqlarla səhv salmamağı xahiş edir.  "Bu, əziyyətli və ürəklə işləməyi tələb edən ayrıca sənətdir” o, deyir.
 
 
 

Sərgidə Ramil aşağıdakı modelləri təqdim etdi:

1. Harley Davidson FXE 1200 Super Glide miqyas 1/6
2. Harley Davidson FLH 1200 Police Bike miqyas 1/6
3. Honda CB 750F miqyas 1/6
4. Harley Davidson FLHTCUI Ultra Classic Electra Glide, miqyas 1/6
5. Harley Davidson FLHRI Road King, miqyas 1/6
6. Harley Davidson Wild Chopper, miqyas 1/12
7. Harley Davidson Low Rider, miqyas 1/12
8. Harley Davidson BAD BOY 1995 model FXSTSB, miqyas 1/12
9. Yamaha XV 1000 Virago, miqyas 1/12
10. Yamaha XV 1600 miqyas 1/12
11. Yamaha YZF R1 miqyas 1/12
12. Honda Cb 750 F miqyas 1/12
13. Ducati desmocedici № 65 , miqyas 1/12
14. Ferrari Enzo, miqyas 1/24
15. Australian truck, miqyas 1/24 (Western Star firması)
16. L.A. Fire Department Recovery truck (Western Star firması), miqyas 1/24
17. DAF XF 105, miqyas 1/24
18. Scania T142M Roadrunner, miqyas 1/24
19. Scania R 500 V8, miqyas 1/24

Hansısa səbəbdən sərgidə iştirak edə bilməyənlər üzülməsinlər, çünki sərgi 5 dekabra kimi davam edəcək.

ANN.Az xəbər portalı paytaxtımızda keçirilən mədəni tədbirləri diqqətsiz qoymur və «Art & Motorcycles» sərgisindən fotoları sizin diqqətinizə təqdim edir.

Rüstəm Qasımov
ANN.Az

 












0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM