Bakıda "metro ticarətçiləri"nin aksiyası davam edir - FOTOLAR

14:25 | 14.03.2014
Bakıda "metro ticarətçiləri"nin aksiyası davam edir - FOTOLAR

Bakıda "metro ticarətçiləri"nin aksiyası davam edir - FOTOLAR

Bu gün səhər saatlarından Bakı Metropolitenində işləyən ticarətçilər yenidən etiraz aksiyası keçirib. Hadisə şahidlərinin ANS PRESS-ə verdiyi məlumata görə, narazı metro ticarətçiləri ilk öncə “Elmlər Akademiyası” metrstansiyasının ətrafına toplaşıblar. Lakin burada polis etirazçıları metropoliten binasinə girməyə qoymayıblar.Verilən məlumata görə, bundan sonra aksiya iştirakçıları Bakı Şəhər İcra Hakimiyyəti binası qarşısına yığışıblar. Lakin onları binaya buraxmayıblar.Məsələyə aydınlıq gətirmək üçün Bakı Metropolitenin mətbuat xidmətilə əlaqə saxladıq. Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəzakət Tanrıverdiyeva bu gün aksiya keçirilməsinə cəhd olunması barədə deyilənlərin yalan olduğunu bildirib. Onun sözlərinə görə, heç bir etiraz aksiyası olmayıb.Etirazçıların Bakı Şəhər İcra Hakimiyyəti binası qarşısına yığılmasına gəlincə, Bakı meriyası bu addımın məntiqsiz olduğunu bildiriblər. Qurumun mətbuat xidmətinin rəhbəri Nuranə Mərdanovanın ANS PRESS-ə verdiyi məlumata görə, Bakı Metropoliteni və orada ticarətin ləğv edilməsilə bağlı məsələ onlarla bağlı deyil.“Burada bizim heç bir rolumuz yoxdur. Onların Bakı Metropolitenində ticarələ məşğul olub-olmaması birbaşa metropoliten rəhbərliyinin işidir. Oranın rəhbərliyi nə qərar verəcəksə, odur. Bizim onların qərarına təsir etmək imkanımız yoxdur”, - deyə Nuranə Mərdanova bildirib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb