Bakıda "Soyuq əllər-isti ürək" yarmarkası keçirilib - FOTOLAR

09:05 | 16.12.2013
Bakıda "Soyuq əllər-isti ürək" yarmarkası keçirilib - FOTOLAR

Bakıda "Soyuq əllər-isti ürək" yarmarkası keçirilib - FOTOLAR

"Nərgiz" jurnalının təşkil etdiyi "Soyuq əllər-isti ürək" adlı xeyriyyə yarmarkasının rəsmi açılışı keçirilib.Həftəsonu təşkil olunan yarmarkada qonaqlar bayram atmosferindən zövq almaqla yanaşı müxtəlif hədiyyələr də əldə ediblər. 3 saylı İnternat Evindən olan uşaqların hazırladığı suvenirlər və digər əşyalar yarmarkada satışa çıxarılıb. Tədbirdə "The Beat Heaven" musiqi qrupu ifa edib."Nərgiz" jurnalının təşkil etdiyi bu yarmarka Azərbaycanda ilk dəfə keçirilir. Yarmarkadan əldə olunan bütün gəlirlər 3 nömrəli lal-kar internat evinə göndəriləcək. Tədbirin ideya müəllifi "Nərgiz" jurnalının redaktoru Ülviyyə Rəhmanovadır. Yarmarkada 20-ə qədər şirkət iştirak edib. Burda gördüyünüz şirkətlərin çoxu bizi öz məhsulları ilə təmənnasız təmin edib. Hətta bahalı butiklər belə öz məhsullarını xeyriyyə məqsədilə satışa çıxarıb. Yarmarkanın bağlanışı dekabrın 20-də olacaq" - "Nərgiz" jurnalının direktoru Könül Nağıyeva bildirib.Cəmilə İbrahimovaFoto: Orxan ƏzimANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti