Bakıda radiasiya təhlükəsi

14:10 | 04.09.2014
Bakıda radiasiya təhlükəsi

Bakıda radiasiya təhlükəsi

Suraxanı rayonu, Atamoğlan Rzayev küçəsi, 4-cü Mədən ünvanında yaranmış mazut gölməçələrinin yaratdığı antisanitar şəraitdən sakinləri şikayətlənir.ANS TV-nin məlumatına görə, şikayətçilər özləri də etiraf edir ki, onlar mazut gölü olan ərazidə mənzil tikəndə bir qrup şəxlər tərəfindən aldadılıblar. Bir müddət sonra mazutdan əsər-əlamət qalmayacaq deyə. Elə bu səbəbdən də evlər sənədsizdir. Artıq iş-işdən keçib. Evlər də tikilib, yaşayış da var. Amma mazut gölünü qurudan yox. Sakinlərin isə xahişi ondan ibarətdir ki, bu gölməçələrə bir əncam çəkilsin və daha artıq radiasiyaya məruz qalmasınlar. Diqqət çəkən digər bir məqam isə mazut gölünün ətrafında “buraya zibil atma” lövhəsini görməyimiz oldu.Ərazidə digər ürək ağrıdan görüntü isə sahibsiz itin həmin gölə düşüb qalması idi. İt canı ilə çarpışırdı. Və sanki düşdüyü vəziyyətə görə, ona baxanları günahkar sayırdı. Bu cür gölməçələr həmin ünvanda 4 yerdədir.Məsələ ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyətinin rəsmisi Barxudar Barxudarov bildirdi ki, rayon ərazisində bu cür gölməçələr çoxdur və artıq onların qurudularaq yerində ağacların əkilməsi prosesinə başlanılıb.Hər halda işlər davam etdirilir. Deyilən sözlərə inansaq, yaxın gələcəkdə mazut gölməçəsi yaşıllıqla əvəzlənəcək. O vaxta kimi isə sakinlərə yenə də dözmək qalır.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM