Bakıda Regional İnternet İdarəçilik Forumu keçirilir

14:16 | 03.12.2013
Bakıda Regional İnternet İdarəçilik Forumu keçirilir

Bakıda Regional İnternet İdarəçilik Forumu keçirilir

Bu gün Bakıda I Regional İnternet İdarəçilik Forumu (RİFAZ-2013) işə başlayıb.«APA-Economics»in məlumatına görə, dekabrın 5-dək davam edəcək bu tədbir «İnternet regional inkişaf və irəliləyişin hərəkətverici qüvvəsi kimi» devizi altında keçirilir. Tədbir zamanı bir neçə mövzu müzakirə olunur. Bunlardan internet idarəçiliyi regional münasibətlərin inkişafı kimi, yeni tendensiyalar, imkanlar və risklər, sosial şəbəkələr və sosial mediada rəqəmsal geriliyin həlli, həmçinin Azərbaycanda internet idarəçiliyi və milli internet infrastrukturu, regional informasiya təhlükəsizliyi və kibercinayətkarlıq və açıq hökumət təşəbbüsləri, internetə giriş imkanları və milli kontent kimi mövzular əsas prioritet təşkil edir. Bildirilib ki, Azərbaycanda İKT-nin və internetin inkişafına xüsusi diqqət yetirilir. İnternet informasiya məkanı olmaqla yanaşı, həm də dövlət idarəçiliyi, təhsil, səhiyyə, biznes, bank işi və digər sahələri əhatə edən bir mühitdir. İnternet bir qlobal şəbəkə kimi fikir və söz azadlığının yaranmasında, sosial şəbəkələrin genişlənməsində, vətəndaşların idarəçilik proseslərinə cəlb olunmasında yeni imkanlar yaradır. Tədbirin keçirilməsində əsas məqsəd Azərbaycanın regional İKT inkişafının mərkəzi kimi milli İKT iştirakçılarının beynəlxalq mütəxəssislərlə bir arada təcrübə mübadiləsini və əməkdaşlığını həyata keçirmək, eyni zamanda regionların regional internet idarəçiliyinə cəlb edilməsini təmin etməkdir. Tədbirdə Azərbaycanın və müxtəlif ölkələrin hökumət, biznes nümayəndələri, elm və vətəndaş cəmiyyəti sahələrinin iştirakçıları internetlə bağlı aktual problemləri müzakirə etmək üçün toplaşıblar. Nəticə etibarı ilə, RİFAZ-2013 beynəlxalq və yerli iştirakçılar arasında İKT sahəsində əməkdaşlığın dərinləşməsinə öz töhfəsini verəcək. Qeyd edək ki, forum Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və BMT-nin İnkişaf Proqramının (UNDP) Azərbaycan ofisi tərəfindən birgə təşkil olunub. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM