Bakıda Rəşad Ələkbərovun fərdi sərgisi keçiriləcək

22:54 | 17.02.2014
Bakıda Rəşad Ələkbərovun fərdi sərgisi keçiriləcək

Bakıda Rəşad Ələkbərovun fərdi sərgisi keçiriləcək

21 fevralda Bakı Müasir İncəsənət Muzeyində məşhur Azərbaycan rəssamı, insan təxəyyülünü öz ifadəliliyi və fəlsəfi dərinliyi ilə heyrətə gətirən işıq və kölgələrdən ibarət qeyri-adi instalyasiyalar müəllifi Rəşad Ələkbərovun fərdi sərgisi öz işinə başlayacaq.Trend-in məlumatına görə, Rəşad Ələkbərov 2001-ci ildə dekorativ sənət sahəsi üzrə ixtisaslaşdığı Azərbaycan Dövlət Rəssamlıq Akademiyasını bitirib.2007-ci ildə Rəşad Azərbaycanı 52-ci Beynəlxalq Venesiya Biennalesində təmsil edib, 2013-cü ilin yazında isə onun "Lost in translation. This too shall pass" ("Tərcümədə itmiş. Bu da keçəcək") adlı əsəri Venesiya Biennalesində YARAT Müasir İncəsənət Məkanının pavilyonunda (genişmiqyaslı "Sev məni, sevmə məni" nümayişi çərçivəsində) nümayiş etdirilib.Azərbaycan və onun xaricində rəssamın maraqlarını bir ildən artıq müddətdə ən istedadlı gənc və tanınmış rəssamların daimi nümayiş platformasına çevrilən Bakının Yay qalereyası təmsil edir.Rəssamın sənət işləri daha öncə Almaniya, Fransa, İtaliya, İsveçrə, Polşa, Avstriya, Türkiyə və BƏƏ-də nümayiş etdirilib.Sərgi martın 20-dək davam edəcək.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM