Bakıda şadlıq sarayları nə qədər qazanır? - ARAŞDIRMA

09:38 | 30.06.2014
Bakıda şadlıq sarayları nə qədər qazanır? - ARAŞDIRMA

Bakıda şadlıq sarayları nə qədər qazanır? - ARAŞDIRMA

      Bakıda ən ucuz şadlıq sarayının qazancı 60 000 manatdır.Bir neçə gün öncə Müdafiə Nazirliyinin 3-cü Ordu Korpusunun (Şəmkir) komandiri, general-leytenant Rövşən Əkbərovun övladına dəbdəbəli nişan məclisi keçirməsi ilə bağlı xəbərlər yayılmışdı. Nişan məclisinin mətbuatda bu qədər işıqlanmasına səbəb isə məclisə xərclənən pullarla bağlı idi.Məclis Bakının ən bahalı restoranlarının birində - “Jumeirah Bilgah Beach Hotel”in restoranında baş tutub. Orada generallar və ölkənin tanınmış şəxsləri iştirak ediblər. Xatırladaq ki, həmin restoranda 1 nəfər üçün masanın qiyməti 250 avroya müştərilərə təqdim olunur.Bu məsələ bizdə bir sual doğurdu: ölkədə, əsasən də Bakıda fəaliyyət göstərən şadlıq sarayları günü-gündən çoxalır. Bəs bu restoranlarda qiymətlər necədir və onlar nəyə əsasən hesablanır? Ümumiyyətlə, qiymətlər tənzimlənirmi?Məsələ ilə bağlı iqtisadçı ekspert Samir Əliyevlə danışdıq. Onun dediklərinə görə, şadlıq saraylarından bəziləri vergidən yayına bilir: “Şadlıq sarayları normalda sadələşdirilmiş vergi ödəyirlər. Yəni bir şadlıq sarayının aylıq gəlirinin 4%-i dövlətə çatır. Bu, o deməkdir ki, əgər aylıq gəlir 20 min manatdırsa, o, dövlətə 800 manat pul ödəyir. Ancaq bu faizlər Bakı şəhəri üçün hesablanır. Bakıdan kənarda isə vergi 2%-dir. Əgər şadlıq sarayının aylıq qazancı 120 min manatdan artıqdırsa, bu zaman əlavə dəyər vergisi ödənilir. ƏDV-nin dərəcəsi hər vergi tutulan əməliyyatın və hər vergi tutulan idxalın dəyərinin 18 faizidir. Bu zaman qazanılan pullardan xərclər, gəlirdən isə mənfəət vergisi çıxılır. Bir sözlə, şadlıq saraylarında vergi ödəməsi aylıq gəlirə görə hesablanır. Amma bütün şadlıq sarayları öz gəlirlərini açıq şəkildə göstərmir. Bəziləri vergidən yayına bilir. Çünki onların bir çoxuna bu, sərf etmir”.Kiçik bir araşdırma aparsaq, bir şadlıq sarayının təqribi olaraq aylıq gəlirini hesablaya bilərik. Hər kəsə məlumdur ki, belə məkanlarda qiymətlər stolun qiyməti ilə hesablanır. Bu qiymətlər isə müxtəlif olur. Paytaxtdakı şadlıq saraylarından bəzilərində olan qiymətlər belədir:1. “Ağdaş” - 28-30-32 manat2. “Ağsu” - 24-28-35 manat3. “Alsu” - 20-27 manat4. “Amor” - 45-55-65 manat5. “Arena” - 40-45-52-60 manat6. “Arzu” - 23-25-30 manat7. “Aura Saray” - 40-45-558. “Ay işığı” - 45-50-80 manat9. “Bakı Gecələri” - 25-55 manat10. “Badi-Səba” - 30-32-35 manat11. “Banuçiçək” - 25-30-35 manat12. “Büsat” - 35 - 40 manat13. “Çingizxan” - 40-45-50 manat14. “Çırağan” - 27-35 manat15. “Elşən” - 25-28-30 manat16. “Elvin” - 26-29-33-50 manat17. “Emil” - 20-26 manat18. “Qızıl qaya” - 30-35-70 manat19. “Gənclik” - 42-47-60 manat20. “Gilavar” - 35-40-45 manat21. “Qismət” - 25-40 manat22. “Qızıl tac” - 35-45-55 manat23. “Qrand” - 22-25-30 manat24. “Gülüstan” - 25-28-30 manat25. “Həkəri” - 20-32 manat26. “Həyat yolu” - 25-28-30-35 manat27. “Madonna” - 60-70-90 manat28. “İmperial” - 40-50-60-80 manat29. “Kleopatra” - 35 manat30. “Meqa palas” - 27-30 manat31. “Kral” - 70-95-130 manat32. “Meridian” - 42-50-60-70 manat33. “Movida Plaza” - 40 manat34. “Neptun” - 35-55 manat35. “Sarı gəlin” - 60-70-90 manat36. “Sərin” - 60-80 manat37. “Su pərisi” - 30-45-50 manat38. “Tac-Mahal” - 20-25 manat49. “Tural” - 40-45-50-55-60-70 manat40. “Niaqara” - 60-75 manat41. “Neapol” - 30-35 manat42. “Xəmsə” - 30-32-34-36-60 manat43. “Yeganə” - 22-30 manat44. “Venera” - 32-35-40-45 manat45. “Xan bağı” - 50-60-80 manatİndi də ən ucuz masanın 20 manat olduğunu nəzərə alaraq hesablama aparaq. Bir şadlıq sarayında ay ərzində ən azı 10 toy məclisi olarsa, həmin sarayda 300 nəfərlik yer olduğunu da nəzərə alanda ortalığa təxminən belə bir rəqəm çıxır - bir ay ərzində 60000 manat. Bu, hələ ən aşağı qiymətlərlə hesablanmış məbləğdir.// "Yeni Müsavat"
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür