Bakıda salınacaq yeni rayonun özəllikləri: Metro, göydələnlər qrupu

11:48 | 27.06.2014
Bakıda salınacaq yeni rayonun özəllikləri: Metro, göydələnlər qrupu

Bakıda salınacaq yeni rayonun özəllikləri: Metro, göydələnlər qrupu

Mərkəzi biznes rayonu “Bakı Ağ Şəhər”in yüksək hissəsində yerləşərək, Bakı buxtasına panoram görünüşü olan on bir göydələn qrupunu əhatə edir.
“Bakı Ağ Şəhər”in mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, bu işgüzar məkan layihəyə daxil olan bütün rayonlardan eyni məsafədə yerləşəcək. Burada, həmçinin yeni metro stansiyasının giriş-çıxışı olacaq.
Layihəyə əsasən 9,2 hektar ərazidə salınacaq mərkəzi biznes rayonunda ümumilikdə 390 min kvadratmetr tikinti işləri aparılacaq.
Bunun 237 min 900 kvadratmetri yaşayış, 85 min 800 kvadratmetri ofis, 66 min 300 kvadratmetri isə ticarət sahəsi kimi nəzərdə tutulur.
Rayon ərazisində 6 min avtomobil üçün dayanacaq yeri ayrılması da planlaşdırılıb.
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür