Bakıda mağazalara saxta pul təqdim edən şəxs tutulub.
Bakı şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, aprelin 25-də saat 03 radələrində Binəqədi qəsəbəsi ərazisində naməlum şəxs Bakı şəhər sakinləri Elçin Ələsgərovun və Səyyad İsmayılovun mağazalarında hər birinə bir ədəd 20 manatlıq saxta əsginas verib.
Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, həmin şəxsin İsmayıllı rayon sakini, 1995-ci il təvəllüdlü Coşqun Ələkbər oğlu Cəfərli olması müəyyən edilib və həmin şəxs saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !