Bakıda sərnişin avtobusunun iştirakı ilə yol qəzası baş verib. APA-nın məlumatına görə, yol qəzası Parlament prospektində, Müdafiə Nazirliyinin binasının qarşısında qeydə alınıb. 10-GR-911 dövlət nömrə nişanlı “Renault” markalı avtomobillə 13 saylı xətt üzrə hərəkət edən “Daewoo” markalı sərnişin avtobusuna çırpılıb. Qəza nəticəsində xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !