Bakıda “Şeytan çarxı”nın istifadəyə veriləcəyi vaxt açıqlandı

17:58 | 05.12.2013
Bakıda “Şeytan çarxı”nın istifadəyə veriləcəyi vaxt açıqlandı

Bakıda “Şeytan çarxı”nın istifadəyə veriləcəyi vaxt açıqlandı

Attraksionun hündürlüyü 60 metr olacaq.“Şeytan çarxı”nın 20-25 dekabr tarixlərində istifadəyə verilməsi nəzərdə tutulub.ANN.Az İnterAz-a istinadən xəbər verir ki, Dənizkənarı Milli Parkın rəis müavini Nazim Məcidov bildirib ki, hazırda attraksionun ətrafında abadlıq işləri və çarxın gecə işıqlanması ilə bağlı son tamamlama işləri gedir.“Şeytan çarxı” tam hazırdır. İşlək vəziyyətdədir və sınaqdan da keçirilib. Sadəcə onun ətrafında abadlaşma işləri gedir. Orda aparılan quraşdırma işləri zamanı yük maşınları, kranlar daxil olduğundan abadlaşma işlərinə imkan olmurdu. Bir də çarxın özünün gecə işıqlanması ilə bağlı son tamamlanma işləri görülür”, – deyə Milli Parkın rəsmisi vurğulayıb.Qeyd edək ki, Əl Oyunları Sarayı ilə Bayraq Meydanının arasında tikilən və xalq arasında “Şeytan çarxı” adlandırılan attraksionun hündürlüyü 60 metr olacaq. Təkərin üstündə 30 vaqon olacaq. Hər vaqonda isə 8 nəfər əyləşə biləcək. “Şeytan çarxı” eyni vaxtda 240 nəfərə xidmət edəcək.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM