Bakıda silahlı insident: ölən var

23:40 | 31.12.2013
Bakıda silahlı insident: ölən var

Bakıda silahlı insident: ölən var

Bakıda bir nəfər avtomobilində güllələnib.Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün axşam saatlarında “Elit” Ticarət Mərkəzinin yaxınlığında qeydə alınıb.Bakı şəhər sakini, 1980-cı il təvəllüdlü Elnur Eldar oğlu Mustafayev idarə etdiyi “VAZ” markalı avtomobildə güllələnib. Üç güllə yarası alan E. Mustafayev hadisə yerindəcə keçinib.Polisdən həmçinin bildirilib ki, naməlum şəxslər E. Mustafayevə tapançadan atəş açıblar. Hadisənin törədən şəxslərin kimliyi və hadisənin baş vermə səbəbləri hələlik məlum deyil.Baş vermiş hadisə ilə bağlı polis və prokurorluq əməkdaşları tərəfindən əməliyyat-istintaq qrupu yaradılıb. Hazırda hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtyarış tədbirləri davam etdirilir. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM