Paytaxtın Nərimanov rayonunda sökhasök başlanır. Şəhərin Koroğlu Rəhimov küçəsində yeddi yaşayış binasının sökülməsi nəzərdə tutulub. Yaşayış binalarının yerində park salınması planlaşdırılıb. Bu binalarda yaşayanlara kompensasiya veriləcəyi gözlənilir, amma təzminatın məbləği açıqlanmayıb.
Axar.az xəbər verir ki, K.Rəhimov küçəsində parkın bir hissəsinin hazırlığı başa çatdırılıb. Digər hissəsinin isə ikimərtəbəli yeraltı avtomobil dayanacağı ilə birlikdə yaxın gələcəkdə istifadəyə verilməsi nəzərdə tutulur. Eyni zamanda, Azadlıq prospektində (N.Nərimanov küçəsindən Z.Bünyadov prospektinə qədər) yeni parkın salınması işlərinə də başlanılıb. Nərimanov rayon İcra Hakimiyyətindən faktı AzərTac-a təsdiqləyiblər.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !