Bakıda sürücülərə qayda pozmağa icazə verildi

18:23 | 21.01.2015
Bakıda sürücülərə qayda pozmağa icazə verildi

Bakıda sürücülərə qayda pozmağa icazə verildi

Bu gündən paytaxtın Koroğlu Rəhimov küçəsinin Fətəli Xan Xoyski küçəsi ilə kəsişməsindən Həsən Əliyev küçəsi (keçmiş İnqilab küçəsi) ilə kəsişməsinədək olan hissədə nəqliyyatın hərəkətinə müvəqqəti məhdudiyyət qoyulub.

ANN.Az Trend-ə istinadən xəbər verir ki, bunu Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov deyib.

Onun sözlərinə görə, yolun bağlanması Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən ora yeni asfalt örtüyünün çəkilməsi ilə bağlıdır. Ona görə də yolda avtomobillərin hərəkəti məhdudlaşdırılıb: "İşlərin 2 gün ərzində bitməsi və yolun tam açılması nəzərdə tutulur. Amma ovaxtadək Koroğlu Rəhimov küçəsi ilə Həsən Əliyev küçəsi istiqamətində alternativ yol olmadığından avtomobillər hərəkət edərkən yolun Fətəli Xan Xoyski küçəsi ilə kəsişməsində qoşa xəttin tələbinin pozulması zərurəti yaranır. Bu səbəbdən sürücülərdən maksimum diqqətli olmaları tələb edilir. Çünki həmin ərazidə sürücülər avtomobillərini yol boyu təxminən 20 metr hərəkətin əksi istiqamətində sürməli olacaqlar. Əks tərəfdən isə, sürücülər Həsən Əliyev küçəsindən Ə.Əbdürrəhimov küçəsi ilə hərəkət edərək Fətəli Xan Xoyski küçəsinə çıxa bilərlər”.

BŞDYPİ sürücülərdən xahiş edirik ki, adıçəkilən ərazidə avtomobili idarə edərkən diqqətli olsunlar, minimum sürət həddini seçsinlər, ara məsafəsini saxlasınlar və qəti olaraq səs siqnallarından istifadə etməsinlər.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM